DÇ-2026: Argentina ilə Norveç darmadağınla qalib gəldi, Avstriya İordaniyanı üstələdi

DÇ-2026:  Argentina ilə Norveç darmadağınla qalib gəldi, Avstriya İordaniyanı üstələdi

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında 1-ci turun növbəti oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, I qrupunda İraq Norveçlə qarşılaşıb.

Avropalılar böyük hesablı qələbəyə seviniblər. Dublla yadda qalan Erlinq Holand matçın ən yaxşısı seçilib. 

J qrupunda isə Argentina seçməsi Əlcəzairə çətinlik çəkmədən qalib gəlib. Dünya çempionlarının heyətində superulduz Lionel Messi rəqib qapısından 3 top keşirərək het-triklə yadda qalmaqla yanaşı, komandasına təkbaşına qələbə qazandırıb. 

Bu qrupun digər oyununda isə Avstriya millisi İordaniyanı sınağa çəkib və inamlı qalibiyyət əldə edib. 

DÇ-2026 1-ci tur, 17 iyun 

I qrupu

İraq - Norveç 1:4 Qollar: Ayman Hüseyn, 39 - Erlinq Holand, 29; 43. Leo Ostiqard, 76. Ayman Hüseyn, 39; 90+6-öz qapısına. 

J qrupu

Argentina - Əlcəzair 3:0 Qollar: Lionel Messi, 17; 60; 76.

Avstriya - İordaniya 3:1 Qollar: Romano Şmid, 20. Yazan Al Arab, 77-öz qapısına. Marko Arnautoviç, 90+12-pen. - Ali Olvan, 50.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər