DÇ-2026: ABŞ ilə Avstraliya pley-offa erkən vəsiqə uğrunda duelə çıxır

DÇ-2026: ABŞ  ilə  Avstraliya pley-offa erkən vəsiqə uğrunda duelə çıxır

Futbol üzrə 23-cü dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün mundialda 2-ci turun daha bir oyunu baş tutacaq. 

Meydan sahiblərindən olan ABŞ Avstraliya ilə üz-üzə gələcək. Sietldə təşkil olunacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmanı Almaniyadan olan hakim Feliks Zvayer idarə edəcək.

Xatırladaq ki, hər iki komanda ilk turda qələbə qazanıblar. Amerikalılar Paraqvayı (4:1), avstraliyalılar isə Türkiyəni (2:0) hesabı ilə məğlub ediblər. Başqa sözlə, bugünkü görüşdə qalib gələn tərəf pley-offa vəsiqəni erkən təmin edəcək.

Qrupun digər cütünün - Türkiyə ilə Paraqvayın görüşü iyunun 20-si Bakı vaxtı ilə saat 07.00-da baş tutacaq.

DÇ-2026 2-ci tur, 19 iyun

D qrupu    

23:00. ABŞ – Avstraliya Baş hakim: Feliks Zvayer (Almaniya) Sietl (ABŞ). "Lumen Field" stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər