Barbarez İsveçrəyə darmadağını şərh etdi: "Dünyanın sonu deyil"

Barbarez İsveçrəyə darmadağını şərh etdi: "Dünyanın sonu deyil"

Bosniya və Herseqovina millisinin baş məşqçisi Sergey Barbarez dünya çempionatında İsveçrəyə 1:4 hesablı məğlubiyyətlə bağlı fikirlərini bildirib.

Fanat.Az xəbər verir ki, FİFA-nın rəsmi saytı Barbarezdən belə sitat təqdim edib: 

"Su fasiləsindən əvvəl biz daha yaxşı idik, yaxşı oynayırdıq və onları təzyiq altına alırdıq. İsveçrə komandası həmişə yaxşı olub. Fərdi olaraq çox yaxşı oyunçuları var və onlar epizodlardan maksimum istifadə edə bilirlər. Onlar bizi buna görə ağır cəzalandırdılar. Amma bu, həyatdır. Bu, 10 oyundan sonra ilk məğlubiyyətimiz idi, amma dünya sonu deyil. Bir oyunumuz qalıb və biz onu qazanmağa çalışacağıq".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər