Bakı klubu daha 3 futbolçu ilə vidalaşdığını açıqladı

Bakı klubu daha 3 futbolçu ilə vidalaşdığını açıqladı

Premyer Liqada debüt edəcək "Şəfa"da üç ayrılıq yaşanıb.

Fanat.Az xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti yayıb.

Qapıçı Rəvan Kazımov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Ruslan Hacıyevin “Şəfa” ilə müqavilələrinin müddəti başa çatıb. Onlarla yeni anlaşmaya ehtiyac duyulmayıb.

Qeyd edək ki, "Şəfa" bundan əvvəl I Liqada xidmətindən yararlandığı futbolçulardan Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov və Amir Ebrahimzade ilə vidalaşmışdı. Əvəzində "Sabah"dan Nicat Mehbalıyev, "Kəpəz"dən Rauf Hüseynli, "Şamaxı"dan Arsen Ağcabəyov, "Qəbələ"dən Murad Musayev və "Kəpəz"dən Məmməd Hüseynov transfer olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər