Azərbaycanlı qapıçı karyerasını bitirdi

Azərbaycanlı qapıçı karyerasını bitirdi

Azərbaycanlı qapıçı Şahin Zəkiyev karyerasını bitirib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, o, 27 yaşında əlcəklərini birdəfəlik çıxarmağa qərar verib. 

Zəkiyevin son klubu "Xankəndi" olub. Qarabağ təmsilçisi 1-ci Liqaya yüksəlsə də, qolkiper davam etmək istəməyib. 

Şahin Zəkiyev bundan sonra qapıçı məşqçisi kimi çalışacaq. O, "Neftçi"nin Futbol Akademiyasında fəaliyyət göstərir.

Qeyd edək ki, Şahin Zəkiyev karyerası ərzində "Xankəndi"dən başqa “Keşlə”, “Səbail”, “Araz Naxçıvan”, “Baku Sportinq” və Polşanın “Sokol Slopnice” klublarında da çıxış edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər