Azərbaycan millisi Macarıstanda növbəti sınağına çıxır

Azərbaycan millisi Macarıstanda növbəti sınağına çıxır

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu seçmə Macarıstanın Sombatxey şəhərində San Marino ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanı yerli hakim Marton Rus idarə edəcək.

Hazırkı təlim-məşq toplanışı çərçivəsində milli iyunun 7-də Malta ilə qarşılaşıb və 0:2 uduzub. Komanda bugünkü oyunla hazırlığı başa vuraraq Bakıya dönəcək.

Qeyd edək ki, millinin oyunlarını işıqlandırmaq üçün Macarıstana yollanan jurnalistlərin səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilib.

Beynəlxalq yoldaşlıq oyunu 9 iyun

22:00. Azərbaycan – San Marino  Hakimlər: Marton Rus, Balaş Şert, Balaş Salai, Bençe Çsonka (hamısı Macarıstan). Sombatxey, “Haladaş” stadionu.   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər