Azərbaycan millisi Macarıstanda matça çıxır

Azərbaycan millisi Macarıstanda matça çıxır

Azərbaycan milli komandası bu gün beynəlxalq yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Fanat.Az xəbər verir ki, Macarıstanda baş tutacaq matçda Ayxan Abbasovun baş məşqçisi olduğu seçməmiz Malta ilə üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Sombatxey şəhərindəki “Haladaş” stadionunda təşkil olunacaq oyunu Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Milli ayın 9-da Macarıstanda San Marino yığması ilə gücünü sınayacaq.

Qeyd edək ki, millinin oyunlarını işıqlandırmaq üçün Macarıstana yollanan jurnalistlərin səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilib.

Beynəlxalq yoldaşlıq oyunu 5 iyun

22:00. Azərbaycan – Malta Hakimlər: Mixali Kaprali, Balaş Buzaş, Bençe Belitsa, Tamaş Boqnar (hamısı Macarıstan). Sombatxey, “Haladaş” stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər