Azərbaycan millisi Andorranı qəbul edir

Azərbaycan millisi Andorranı qəbul edir

Azərbaycanın qadın futbolçulardan ibarət milli komandası bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxır.

Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun komandası evdə Andorra ilə qarşılaşacaq.

Masazırda baş tutacaq görüş saat 17:00-da start götürəcək.

Təmsilçimiz bu rəqibini ötən həftə səfərdə yenməyi bacardığından bugünkü oyunun da favoritidir.

Bu gün qrupun digər oyununda Macarıstan Şimali Makedoniyanı qəbul edəcək.

Millimiz daha əvvəl qrupda Şimali Makedoniya (2:0), Macarıstan (0:1) və Andorra (3:1) ilə qarşılaşıb.

DÇ-2027 C3 qrupu, 4-cü tur 18 aprel

17:00 Azərbaycan – Andorra Hakim: Vesna Miletiç (Bosniya və Herseqovina). Masazır. "Bank Respublika Arena". 

1. Macarıstan 3 2 1 0 6-0 7 2. Azərbaycan 3 2 0 1 5-2 6 3. Şimali Makedoniya 3 1 0 2 3-7 3 4. Andorra 3 0 1 2 1-6 1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər