Azərbaycan Kuboku: İlk finalçının adına aydınlıq gəlir

Azərbaycan Kuboku: İlk finalçının adına aydınlıq gəlir

Bu gün Bizon Azərbaycan Kubokunda ilk finalçının adına aydınlıq gələcək.

Fanat.Az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyunları "Zirə" - "Turan Tovuz" matçı ilə start götürəcək.

Tərəflər arasında ilk oyun qəsəbə təmsilçisinin inamlı qələbəsi ilə başa çatmışdı.

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək cavab oyununu Əli Əliyev idarə edəcək. 

Qeyd edək ki, ikinci finalçının adına sabah keçiriləcək “Sabah” – “Qarabağ” matçında aydınlıq gələcək.

Bizon Azərbaycan Kuboku 1/2 final, cavab oyunu 21 aprel

19:00. “Zirə” – “Turan Tovuz” Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov. VAR: Rauf Cabarov, Elşad Abdullayev. Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Seymur Səlimli. Zirə İdman Kompleksinin stadionu. (İlk oyun – 2:0).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər