Asiyalılardan fantastik başlanğıc: Hələ heç biri uduzmayıb

Asiyalılardan fantastik başlanğıc: Hələ heç biri uduzmayıb

Asiya Futbol Konfederasiyasından olan komandalar DÇ-2026-ya uğurla başlayıblar.

Fanat.Az xəbər verir ki, bu qitədən olan komandalar ilk turun 6 oyununda məğlub olmayıblar. 

Qrup mərhələsinin ilk turunda konfederasiyanın 9 təmsilçisindən 6-sı oynayıb - 2 qələbə və 4 heç-heçə.  Cənubi Koreya Çexiyanı (2:1), Avstraliya (AFK üzvüdür) isə Türkiyəni (2:0) məğlub edib. Qətər (İsveçrəyə qarşı 1:1), Yaponiya (Niderland ilə 2:2), Səudiyyə Ərəbistanı (Uruqvayla 1:1) və İran (Yeni Zelandiya ilə 2:2)  oyunlarını heç-heçə ilə başa vurublar .

Qeyd edək ki, İraq komandası ilk turda Norveç, İordaniya Avstriya, Özbəkistan isə Kolumbiya ilə qarşılaşacaq. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər