AL: Yarımfinal oyunları başlayır

AL: Yarımfinal oyunları başlayır

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsi start götürür. 

Fanat.Az xəbər verir ki, yarımfinalın ilk oyunları eyni gündə və eyni saatda keçiriləcək.

"Braqa" Portuqaliyada Almaniyanın "Frayburq" komandasını qəbul edəcək. Digər cütdə isə iki ingilis komandası üz-üzə gələcək. "Siti Qraund" stadionunda "Nottinqem Forest" ilə "Aston Villa" üz-üzə gələcəklər.

Qeyd edək ki, yarımfinalın cavab görüşləri mayın 7-də keçiriləcək.

UEFA Avropa Liqası Yarımfinal, ilk oyunlar 30 aprel

23:00. "Nottinqem Forest" (İngiltərə) – "Aston Villa" (İngiltərə)

23:00. "Braqa" (Portuqaliya) – "Frayburq" (Almaniya)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər