AL: "Zirə" penaltilərlə uduzdu

AL: "Zirə" penaltilərlə uduzdu

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab görüşləri keçirilir.

Fanat.Az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən "Zirə" də növbəti oyununa çıxıb. 

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Bakıda “Şerif”i (Moldova) sınağa çəkib. Mərdəkanda “Liv Bona Dea Arena"da baş tutan qarşılaşmada hesabı "Zirə" açsa da, üstünlüyünü əldən verib. Əlavə vaxtda qol olmayıb və beləliklə, cütün qalibi penalti seriyasında müəyyənləşib. Fuad Bayramov sonuncu penaltini boşa verib və təmsilçimiz 4:5 uduzub.

Beləliklə, "Zirə" mübarizəni Konfrans Liqasında davam etdirəcək. 

UEFA Avropa Liqası  1-ci təsnifat mərhələsi, cavab oyunu 18 iyul

Zirə - Şerif (Moldova) 1:2 (penalti seriyası - 4:5) Qollar: Rafael Utziq, 5 - Əyyub Allaş, 54, Yade, 77.

Qırmızı vərəqə: Salifu Suma, 40

Hakimlər: Bulat Sariyev, Denis Labaşov, Yuri Tixonyuk, Aydın Tasıbayev (Qazaxıstan). Mərdəkan. “Liv Bona Dea Arena".

"Zirə": 97. Tiaqo Silva, 4. Ruan Renato, 3. Ange Mutsinzi, 5. Stefan Aka, 15. Pyer Zebli, 19. Salifu Suma, 21. Hacıağa Hacılı, 23. Rafael Utsiq, 32. Qismət Alıyev, 70. İssa Cibrilla, 90. Davit Volkov

Ehtiyat oyunçular: Anar Nəzirov, Səlim Həşimov,  Məqsəd İsayev, Elçin Əlicanov, Fuad Bayramov, İsmail İbrahimli, Junior Martins, Abbas İbrahim, Ceyhun Nuriyev, Rüstəm Əhmədzadə, Stepan Açka

Baş məşqçi: Rəşad Sadıqov 

"Şerif": 16. Əl-Tumi, 3. Bookye, 18. Kyabu (k), 33. Lins De Almeyda, 50. Behiratçe, 8. Paulo, 10. Badolo, 66. Pata, 69. Ademo, 90. Yade, 9. Riak

Ehtiyat oyunçular: Straystari, Çelyadnik, Ouattara,  Mbekeli, Forov, Dyinari, Miya, Despotovski, Payreli, Fernandes, Əyyub Allaş, Akanbi

Baş məşqçi: Yuri Qura

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər