106 milyon yetmədi, görün indi nə qədər istəyirlər

106 milyon yetmədi, görün indi nə qədər istəyirlər

İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Siti" transfer bazarını alt-üst edəcək tarixi bir addım atmağa hazırlaşır.

Fanat.Az insayder Devid Ornşteynə istinadən xəbər verir ki, "şəhərlilər" "Nottingem Forest"in ulduz yarımmüdafiəçisi Elliot Anderson üçün rəsmi təklifini görünməmiş bir məbləğə – 106 milyon funt-sterlinqə çatdırıb.

Şərtlərdə yer alan xüsusi bonuslarla birlikdə bu transfer paketinin ümumi dəyərinin 120 milyon funt-sterlinqi keçəcəyi gözlənilir.

Lakin "Nottingem Forest" rəhbərliyi güzəştə getmək niyyətində deyil və futbolçunun satışı üçün daha əvvəl Aleksander İsakın "Liverpul"a keçidi ilə qeydə alınan 125 milyon funt-sterlinqlik Britaniya transfer rekordunu yeniləyəcək zəmanətli məbləğ tələb edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər