"Zirə"dən maksimum nəticə

"Zirə"dən maksimum nəticə

Minifutbol üzrə Azərbaycan çempionatında VI tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha 4 matç keçirilib.

Lider “Zirə” ardıcıl 6-cı qələbəsini qazanıb. Adıçəkilən komanda bu dəfə “Qalaxy Bakı”nı məğlub edib. “Zirə”nin ən yaxın izləyicisi olan “Birbaşa Bakı” isə “Aznur”u üstələyib.

Azərbaycan çempionatı VI tur

“Abşeron” – “Dirçəliş” 3:3 “Birbaşa Bakı” – “Aznur” 5:2 “Veteran” – “İnter” 0:4 “Zirə” – “Qalaxy Bakı” 6:2

Qeydə alınan nəticələrdən sonra “Zirə” 18 xalla turnir cədvəlinə başçılıq edir. Liderin ən yaxın izləyicisi “Birbaşa Bakı”nın hesabında 15 xal var.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər