"Zirə" son çempiona rəhm etmədi

"Zirə" son çempiona rəhm etmədi

Minifutbol üzrə Azərbacan çempionatında IX turun oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, ilk gündə 4 oyun keçirilib.

Turun mərkəzi matçında “Zirə” ilə “Birbaşa Bakı” üz-üzə gəliblər. İtkisiz irəliləyən “Zirə” son çempion üzərində inamlı qələbə qazanıb. Rəqibini üç top fərqi ilə yenən “Zirə” xallarının sayını 27-yə yüksəldərək, liderliyini bir qədər də möhkəmlədib.

“Real Bakı” üzərində qələbə qazanan “Odlar Yurdu” 21 xalla “Birbaşa Bakı” ilə 2-3-cü yerləri bölüşdürür.

Qeyd edək ki, turun digər görüşləri bu gün keçiriləcək.

Azərbaycan çempionatı IX tur

“Veteran” – “Aznur” 4:8 “Real Bakı” – “Odlar Yurdu” 3:6 “Zirə” – “Birbaşa Bakı” 4:1 “Siyəzən” – “Turan” 2:3  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər