“Zirə” ÇL-ə məğlubiyyətlə başladı

“Zirə” ÇL-ə məğlubiyyətlə başladı

Minifutbol üzrə "Zirə" komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında ilk oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Ukraynanın "Andezit" kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə bitib.

"Zirə" Bakı vaxtı ilə saat 20:00-da Bolqarıstan "Terra Trak"ı ilə münasibətlərə aydınlıq gətirəcək. Bu qrupda üç klub yer alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər