Xulian Alvares "Arsenal"ı rədd etdi

Xulian Alvares "Arsenal"ı rədd etdi

İngiltərənin "Arsenal" klubu heyətini gücləndirmək məqsədilə argentinalı hücumçu Xulian Alvaresə rəsmi transfer təklifi irəli sürüb.

Fanat.Az xəbər verir ki, gənc forvard London təmsilçisinin bu cəlbedici təklifini geri çevirərək komandaya qoşulmaqdan imtina edib.

Təxminən 100 milyon avro dəyəri olan futbolçunun yeganə istəyi İspaniya nəhəngi "Barselona"nın heyətinə qatılmaqdır.

Kataloniya klubunun maddi durumundan asılı olaraq gələcək günlərdə bu keçid üçün rəsmi addımlar atacağı gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər