UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” və Xorvatiyanın "Hayduk” komandaları arasında Bakıda keçiriləcək ilk oyunun hakimləri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, matçda ədaləti Yunanıstandan olan hakimlər briqadası qoruyacaq.

Baş hakim Xristos Varqetisə Andreas Fotopulos və Konstantinos Staykos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anastasios Papapetru icra edəcək.

Qeyd edək ki, komandalar arasında ilk qarşılaşma iyulun 23-də Bakıda, cavab görüşü isə 31-də Spilitdə oynanılacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər