Roberto Donadoni klubsuz qaldı - RƏSMİ

Roberto Donadoni klubsuz qaldı - RƏSMİ

İtaliya millisinin sabiq üzvü, son illərdə uğursuz məşqçi işi ilə yadda qalan Roberto Donadoni daha bir klubla yollarını ayırıb. 

Fanat.Az xəbər verir ki, "Spetsia" onunla yollarını ayırdığını açıqlayıb.

Ayrılmanın "qarşılıqlı razılaşma" ilə baş verdiyi bildirilir.

Donadoni ötən ildən bəri "Spetsia"nı çalışdırırdı. Onun klubdan ayrılacağına dair heç bir söz-söhbət olmadığını nəzərə alsaq, istefa qərarı gözlənilməz saıla bilər. Ancaq cavab liqa cədvəlindədir: "Spetsia" İtaliyanın ikinci liqası olan B Seriyasında on doqquzuncu yerdədir. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər