Ramalinqom yubiley qolunu vurdu

Ramalinqom yubiley qolunu vurdu

Misli Premyer Liqasının XXXII turunda vurduğu qol Aleksandr Ramalinqom üçün əlamətdar olub.

Fanat.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, "Sumqayıt"ın futbolçusu çempionatımızda 25-ci dəfə fərqlənib.

O, "Zirə" ilə səfər qarşılaşmasında (1:2) qol sevinci yaşayıb.

Ramalinqom Premyer Liqada 25-ci qolunu 63-cü matçında vurub. O, iki komanda ilə buna nail olub. "Səbail"də 15 (35 oyun) dəfə fərqlənən fransalı "Sumqayıt"da 10 (28 oyun) qola sevinib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər