Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

"Barselona"nın və Xorvatiya millisinin sabiq yarımmüdafiəçisi İvan Rakitiç karyerasını başa vurduğunu rəsmən açıqlayıb. 

Fanat.Az xəbər verir ki, təcrübəli futbolçu bununla bağlı sosial şəbəkə hesabına vida paylaşımı yerləşdirib. 

Rakitiç "Barselona" ilə 13 klub kuboku qazanıb. O, Xorvatiya millisi ilə dünya çempionatında gümüş və bürünc medallar qazanıb. Futbolçunun son klubu vətənində "Hayduk" olub. 

Qeyd edək ki, "Hayduk" UEFA Konfrans Liqasının ikinci mərhələsində Azərbaycan təmsilçisi "Zirə"nin rəqibidir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər