"Zirə"nin rəqibi yeni transferini açıqladı

"Zirə"nin rəqibi yeni transferini açıqladı

“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olan Xorvatiyanın “Hayduk” komandası heyətinə yeni futbolçu qatıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Split təmsilçisi 29 yaşlı sağ cinah müdafiəçisi Fran Karaçiçi transfer edib.

Xorvatiyalı futbolçu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk oyunu iyulun 23-də evdə, cavab matçını isə iyulun 31-də səfərdə keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər