"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Hayduk" yoxlama görüşü keçirib.
Fanat.Az xəbər verir ki, Xorvatiya təmsilçisi II Liqa təmsilçisi "Xorvatiya Emiyavçi"ni sınağa çəkib.
Splitlilər rəqibini 4:1 hesabı ilə məğlub edib. "Hayduk"un qollarını Kalik (27), Skoko (66), Livaja (69) və Şarliya (74) vurublar.
Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.