"Zirə"çox təhlükəli kollektivdir" - Qonsalo Qarsiya

"Zirə"çox təhlükəli kollektivdir" - Qonsalo Qarsiya

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən "Zirə"  -  "Hayduk" matçı bərabərliklə (1:1) başa çatıb. "Hayduk"un baş məşqçisi Qonçalo Qarsiyanın iştirakı ilə mətbuat konfransı keçirilib.

Fanat.Az xəbər verir ki,təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

"Çətin oyun oldu.Komandamız matça həyəcanlı başladı."Zirə" komandası bizi ilk səhvimizdə cəzalandırdı.İkinci hissə təyziqi artırıb hesabı bərabərləşdirə bildik."Zirə" təhlükəli komandadır.Uzun müddətdir eyni baş məşqçi ilə çalışırlar, göstərdikləri təyziqi hiss elədik."

- Keçən mövsüm "Zirə" digər bir Xorvatiya təmsilçisi "Osiyek"i penaltilər seriyasında məğlub etmişdi. Eyni senarini cavab qarşılaşmasında görə bilərikmi?

- Biz qələbə qazanmağa çalışacayıq ki, penaltilərə getməyək. Bizim fərqli oyun üslubumuz var, məsələni əsas vaxtda həll etməyə çalışacayıq. 

- "Hayduk" "Zirə"ni keçə bilməsə, bunu faciə hesab edəcəksinizmi?

- Xeyr. Bu, futboldur, hər şey baş verə bilər. Məğlubiyyəti faciə olaraq qiymətləndirmirəm. Önümüzə baxacayıq. 

Qeyd edək ki, cütün taleyinə Splitdə aydınlıq gələcək. Tərəflər arasında cavab görüşü iyulun 31-də baş tutacaq.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər