"Zirə" Türkiyədə növbəti matçına çıxır

"Zirə" Türkiyədə növbəti matçına çıxır

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" hazırlıq çərçivəsində bu gün növbəti yoxlama matçı keçirəcək.

Fanat.Az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Türkiyənin I Liqa təmsilçisi "Çorum"la gücünü sınayacaq. 

Görüş Bakı vaxtı ilə saat 17:00-da balayacaq.

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək "qartallar" daha əvvəl Bakıda keçirdiyi yoxlama matçında “Qarabağ”a 0:4 hesabı ilə uduzub, Türkiyədə isə “Ankara Keçiörengücü”nə (2:1) və İordaniya “Əl-Hüseyn”inə (1:0) qalib gəlib.

"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək. İlk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da, cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər