"Mançester Yunayted"in ulduzu əməliyyat olundu - Dünya çempionatını buraxacaq

"Mançester Yunayted"in ulduzu əməliyyat olundu - Dünya çempionatını buraxacaq

Niderland millisinin və "Mançester Yunayted"in müdafiəçisi Matteys de Liqt əməliyyat olunub.

Fanat.Az xəbər verir ki, futbolçu "İnstagram" hesabında xəstəxana otağından foto paylaşıb.

"Mançester Yunayted"in ulduzu əməliyyat olundu - Dünya çempionatını buraxacaq

O, son altı ayını ağır məşqlərə və konservativ müalicəyə həsr etdiyini, lakin sonda cərrahi müdaxilənin qaçılmaz olduğunu bildirib.

De Liqt azarkeşlərə müraciətində onlara göstərilən dəstəyə görə minnətdarlığını bildirib və ən qısa zamanda meydana qayıtmaq üçün əlindən gələni edəcəyinə söz verib:

"Yenidən özümü daha yaxşı hiss etməyi və azarkeşlərimiz qarşısında oynaya bilməyi səbirsizliklə gözləyirəm".

Bununla belə, "The Touchline" onun qarşıdakı aylarda rəsmi oyunlarda iştirak edə bilməyəcəyini, avtomatik olaraq, mundialda iştirakdan məhrum olduğunu bildirib.

Niderlandlı müdafiəçi Mankunian təmsilçisində bu mövsüm 14 oyun keçirib və 1 qol vurmağı bacarıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər