Millimizin üzvü vurduğu qollarla komandasına qələbə qazandırdı - VİDEO

Millimizin üzvü vurduğu qollarla komandasına qələbə qazandırdı - VİDEO

Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun komandası “Arda” Bolqarıstan çempionatında növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, 34-cü tur çərçivəsində "Botev"lə səfər oyunu həmyerlimiz üçün uğurlu alınıb.

Matçda 2:1 hesabı ilə qalib gələn "Arda"nın hər iki qoluna Cəlal imza atıb. Meydana start heyətdə çıxan və sonadək oynayan 23 yaşlı müdafiəçi 61-ci və 70-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.

Bu nəticədən sonra "Arda" hazırda 48 xalla turnir cədvəlinin 7-ci pilləsində mövqe tutub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər