Azərbaycan milli komandasının “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Sent Lüsiya yığması ilə Sumqayıtda keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək: 27 mart 19:00. Azərbaycan – Sent Lüsiya Baş hakim: Giorgi Kruaşvili Baş hakimin köməkçiləri: Levan Varamişvili, Giorgi Elikaşvili Dördüncü hakim: Koba Revazaşvili (Hakimlər briqadası Gürcüstandandır) Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu