“Zirə”nin rəqibindən minimal hesablı qələbə

“Zirə”nin rəqibindən minimal hesablı qələbə

"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Xorvatiya "Hayduk"u yoxlama oyunu keçirib.

Fanat.Az xəbər verir ki, Split təmsilçisi Bosniya və Herseqovina “Posuşye”si ilə gücünü sınayıb.

Görüş "Hayduk"un minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Matçda yeganə qolu 14-cü dəqiqədə Marko Livaya vurub.

Qeyd edək ki, "Zirə" "Hayduk"la iyulun 23-də evdə, iyulun 31-də səfərdə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər