“Zirə” “Hayduk”la oyunlar üçün iştirak ərizəsini açıqladı - SİYAHI

“Zirə” “Hayduk”la oyunlar üçün iştirak ərizəsini açıqladı - SİYAHI

“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Xorvatiyanın “Hayduk” klubuna qarşı keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Siyahıda ümumilikdə 21 futbolçunun adı qeyd edilib.

Qapıçılar: Aydın Bayramov, Tiaqo Silva

Müdafiəçilər: Ruan Renato, Mutsinzi Ange, Rövlan Muradov, Elçin Əlicanov, Fuad Bayramov, İssa Cibrilla, Stefan Aka, Qismət Alıyev

Yarımmüdafiəçilər: İsmayil İbrahimli, Georgi Papunaşvili, Ayron Qomis, Hacıağa Hacılı, Rikardo Quima, Ceyhun Nuriyev, Brahim Konate

Hücumçular: Davit Volkov, Martins Junior, Vinsent Till, Abdul Aziz Batibie.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 23-də Bakıda, cavab matçı iyulun 31-də Spilit şəhərində keçiriləcək.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər