ÇL: “Zirə” yarımfinala çıxdı, “Birbaşa Bakı” dayandı

ÇL: “Zirə” yarımfinala çıxdı, “Birbaşa Bakı” dayandı

Minifutbol üzrə "Zirə" komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/4 finalda Böyük Britaniyanın "AVS Sikses" klubu ilə üz-üzə gəlib.

Rəqibinə 5:0 hesabıyla qalib gələn "Zirə" yarımfinala yüksəlib.

"Birbaşa Bakı" komandası da Çempionlar Liqasının 1/4 final mərhələsinin oyununa çıxıb. Azərbaycan təmsilçisi Rumıniya klubu AEK-lə qarşılaşıb. "Birbaşa Bakı" turnirin son çempionuna 0:1 hesabı ilə məğlub olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər