ÇL: İkinci finalçı kim olacaq - PSJ, yoxsa "Bayern"?

ÇL: İkinci finalçı kim olacaq - PSJ, yoxsa "Bayern"?

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulur.

Fanat.Az xəbər verir ki, bu gün ikinci finalçının adı bəlli olacaq. 

Həlledici oyuna vəsiqə qazanacaq növbəti komandanın adına Almaniyada aydınlıq gələcək. "Bayern" ÇL-in son qalibi PSJ ilə üz-üzə gələcək. Almaniya nəhəngi rəqibini Münhendəki "Alyanz Arena"da qəbul edəcək. Dramatik alınan ilk oyunda fransızlar 5:4 hesabı ilə qalib gəlmişdilər. 

Qeyd edək ki, bu cütün qalibi finalda "Arsenal" ilə üz-üzə gələcək. Çempionlar Liqasının finalı mayın 30-da Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.

UEFA Çempionlar Liqası Yarımfinal, cavab oyunu 6 may

23:00. "Bayern Münhen" (Almaniya) – PSJ (Fransa) (İlk oyun - 4:5)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər