ÇL-ə vəsiqə qazanan 21 komanda bəlli oldu

ÇL-ə vəsiqə qazanan 21 komanda bəlli oldu

Artıq 21 komanda 2026/2027 Çempionlar Liqası mövsümünün əsas mərhələsinə vəsiqə qazanıb. 

Fanat.Az xəbər verir ki, son belə iştirakçı ötən axşam azarkeşlərini "Liverpul" üzərində 4:2 hesablı qələbə ilə sevindirən "Aston Villa" olub. 

Nəticədə Unai Emerinin komandası Premyer Liqada ilk "dördlük"də yer alıb ki, bu da növbəti mövsüm ÇL-ə vəsiqə deməkdir. 

Növbəti mövsüm ÇL-in Liqa mərhələsində iştirak edəcək 21 komandanın adına nəzər salaq: 

İngiltərə: "Arsenal", "Mançester Siti", "Mançester Yunayted", "Aston Villa". 

İtaliya: "İnter". 

İspaniya: "Barselona", "​​​​Real Madrid", "Vilyarreal", "Atletiko Madrid", "Real Betis". 

Almaniya: "Bayern Münhen", "Borussiya Dortmund", "Leypsiq". 

Fransa: PSJ, "Lans". 

Niderland: PSV, "Feyenoord".

Portuqaliya: "Portu". 

Çexiya: "Slaviya Praqa". 

Türkiyə: "Qalatasaray". 

Ukrayna: "Şaxtyor Donetsk".    Çempionlar Liqasının finalında 36 komanda mübarizə aparacaq. Bu yerlərdən yeddisinə təsnifat mərhələsi vasitəsilə vəsiqə veriləcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər