Kurtua daha bir klubun sahibi oldu

Kurtua daha bir klubun sahibi oldu

"Real Madrid"in qapıçısı Tibo Kurtua İspaniyanın "Ekstremadura" (Club Deportivo Extremadura) klubunun ortaq sahibi olub.

Fanat.Az xəbər verir ki, məlumatı sözügedən klubun mətbuat xidməti yayıb.

34 yaşlı qapıçıya məxsus investisiya fondu “NxtPlay”-ın İspaniya klubunda pay aldığı bildirilir. Klub prezidenti Daniel Tafur layihəyə nəzarət etməyə davam edəcək.

Xatırladaq ki, Kurtua bundan əvvəl Fransa "Le Man"ının səhmlərini əldə edib, hansı ki, bu klub mövsümün sonunda 2010-cu ildən bəri ilk dəfə Liqa 1-ə qayıdıb.

"Estremadura" isə bu il İspaniya çempionatının dördüncü divizionunda birinci yeri tutaraq Federasiya Primerasına yüksəlib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər