İngiltərə millisinin sabiq forvardı baş məşqçiliyə başladı

İngiltərə millisinin sabiq forvardı baş məşqçiliyə başladı

İngiltərə millisinin sabiq hücumçusu Cermeyn Defonun yeni iş yeri müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, 44 yaşlı veteran baş məşqçi təyin olunub.

O, İngiltərənin 5-ci divizionunda mübarizə aparan "Uokinq"i çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, bu, onun baş məşqçi kimi ilk təyinatıdır.

Defo 22 illik futbol karyerasını 40 yaşında - 2022-ci ildə başa vurub. O, İngiltərədə "Tottenhem", "Sanderlend", "Vest Hem", "Portsmund" klublarının, son olaraq isə Şotlandiyada "Reyncers"in formasını geyinib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər