II Liqa: Tura ilk "6-lıq"da yekun vurulur

II Liqa: Tura ilk "6-lıq"da yekun vurulur

Azərbaycan II Liqasında 25-ci tura yekun vurulur.

Fanat.Az xəbər verir ki, turun son günündə ilk "6-lıq" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.

Lider "Xankəndi"ni bürünc medalı təmin etmiş "Quba" ilə çətin səfər matçı gözləyir. Qarabağlılardan cəmi 3 xal geridə olan və zirvəyə yüksəlmək üçün fürsət gözləyən "Qaradağ Lökbatan"ın da "Dinamo" ilə işi asan keçməyəcək. 

Tura Şirvanda yerli komanda ilə "Şəmkir" arasındakı oyunla yekun vurulacaq. 

Mayın 3-4-də baş tutan görüşlərdə "Kür-Araz" "Şəki Siti"ni 5:1, "Araz Saatlı" "Ağdaş"ı 2:0 hesabı ilə üstələyib, "Göygöl" - "Ağstafa Gəncləri" qarşılaşması isə 1:1-lik sülhlə başa çatıb.

Azərbaycan II Liqası 25-ci tur 5 may 

“Quba” – “Xankəndi” Hakimlər: Ceyhun Hüseynov, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, Nahid Xasıyev. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Anar Şıxəliyev. Quba. Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Qaradağ Lökbatan” – “Dinamo” Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Rizvan Süleymanov, Xəlil Xəlilov. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Novruz Əzimov. Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şirvan” – “Şəmkir” Hakimlər: Maqsud Şamıyev, Orxan İbişov, Sənan Atayev, Rəsul Babayev Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Namiq Əliyev. Şirvan. Olimpiya İdman Kompleksinin Stadionu, 16:30.

II Liqa: Tura ilk "6-lıq"da yekun vurulur

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər