II Liqa: "Xankəndi" liderliyini qaytara biləcəkmi?

II Liqa: "Xankəndi" liderliyini qaytara biləcəkmi?

Bu gün Azərbaycan II Liqasında XX tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edən turun bağlanış matçı paytaxtda keçiriləcək. 

Ötən gün zirvədəki mövqeyini "Qaradağ Lökbatan"a təhvil verən "Xankəndi" 9-cu pillədə qərarlaşan "Kür-Araz"la üz-üzə gələcək. Görüş saat 14:00-da başlayacaq. Qarabağ təmsilçisi qələbə qazanmaqla yenidən liderliyini bərpa etmək əzmindədir. 

Turun digər görüşlərinin nəticələri: "Şəki Siti” - “Dinamo” 1:6, “Ağstafa Gəncləri” – “Quba” 0:1, “Ağdaş” – “Araz Saatlı” 0:0, “Şəmkir” – “Göygöl” 0:0, “Qaradağ Lökbatan” – “Şirvan” 7:3.

Azərbaycan II Liqası XX tur 30 mart

14:00. “Xankəndi” – “Kür-Araz” Hakimlər: Rəsul Babayev, Sənan Atayev, Aydın Baxşıyev, Ləman Əmirli Hakim-inspektor: Əmrah İbrahimov AFFA nümayəndəsi: Rüfət Əmirov. Bakı. "Palms Sports Futbol Mərkəzi (IV meydança).

II Liqa: "Xankəndi" liderliyini qaytara biləcəkmi?

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər