Bu gün Azərbaycan II Liqasında XV tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə iki matç baş tutacaq.
Turun mərkəzi oyununda liderlər "Qaradağ Lökbatan" ilə "Xankəndi" üz-üzə gələcəklər. 39 xalla 1-2-ci yerləri bölüşən komandaların duelində üstün olan tərəf vahid liderə çevriləcək.
Xatırladaq ki, tərəflərin ilk dövrədəki duelində "Qaradağ Lökbatan" 2:0 hesabı ilə qalib gəlib.
Günün, həmçinin turun son qarşılaşması "Şəmkir" ilə "Şəki Siti" arasında keçiriləcək.
Azərbaycan II Liqası XV tur 24 fevral
13:00. “Xankəndi” – “Qaradağ Lökbatan” Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Ruslan Babayev, Rasim Musayev. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Zümrüd Ağayeva. Bakıxanov. "Palms Sports Futbol Mərkəzi" (IV meydança).
14:30. “Şəmkir” – “Şəki Siti” Hakimlər: Nahid Xasıyev, Ağadur Mahmudov, Elvin Mədətov, Nazim Abdullayev. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Yavər Rəhimov. Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu.
