II Liqa: "Dinamo" 3 xalı 6 qolla qazandı

II Liqa: "Dinamo" 3 xalı 6 qolla qazandı

Azərbaycan II Liqasında XX tur start götürüb.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış oyunu Zaqatalada baş tutub.

Günün yeganə qarşılaşmasında "Şəki Siti" ilə "Dinamo" üz-üzə gəlib.

Turnir cədvəlinin ortalarında qərarlaşan komandaların duelindən paytaxt təmsilçisi böyük hesablı qələbə ilə ayrılıb. Hesabı şəkililər açsalar da, "nazirlik təmsilçisi" 6 qol vuraraq 3 xalı əldə edib. 

Qeyd edək ki, tərəflərin ilk dövrədəki görüşündə bölgə təmsilçisi 5:0 hesablı darmadağın reallaşdırmışdı.

Azərbaycan II Liqası XX tur 28 mart

“Şəki Siti” – “Dinamo” 1:6 Qollar: T.Zeynalov, 5 - V.Seyidov, 13-pen; 61; 89-pen. Y.Qarayev, 39; 71. Ə.Abbasov, 59.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər