II Liqada qış fasiləsi bu gün başa çatacaq.
Fanat.Az xəbər verir ki, XV tur 4 oyunla start götürəcək.
Bugünkü görüşlərin hamısı eyni vaxtda - saat 14:30-da başlayacaq və bölgədə keçiriləcək.
"Araz-Saatlı" "Şirvan"ı, “Kür-Araz” “Dinamo”u, “Göygöl” “Quba”nı və “Ağdaş” “Ağstafa Gəncləri”ni qonaq edəcək.
Qeyd edək ki, turun iki oyunu sabah keçiriləcək.
Azərbaycan II Liqası XV tur 23 fevral
14:30. “Araz Saatlı” – “Şirvan” Hakimlər: Nəriman Ağayev, Rizvan Süleymanov, Cavid Ömərov, Xəlil Xəlilov. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Rüfət Əmirov. Saatlı. Olimpiya İdman Kompleksinin stadionu.
14:30. “Kür-Araz” – “Dinamo” Hakimlər: Sənan Bayramzadə, Vüqar Bayramov, Sadiq Əliyev, İrşad Aydınov. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Mahal Məmmədov. İmişli. Heydər Əliyev adına şəhər stadionu.
14:30. “Göygöl” – “Quba” Hakimlər: Niyaz Əhmədov, Sənan Atayev, Hüseyn Vəliyev, Rüfət Əhmədov. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Asif Əliyev. Göygöl. Olimpiya İdman Kompleksinin stadionu.
14:30. “Ağdaş” – “Ağstafa Gəncləri” Hakimlər: Səbuhi Bayramov, Safalı Ağayev, Tural Bayramov, Vüqar Alıyev. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Eldar Məmmədov. Ağdaş. Şəhər stadionu.