II Liqa: Liderlərin duelində "Xankəndi" sevindi, "Şəmkir" evdə büdrədi

II Liqa: Liderlərin duelində "Xankəndi" sevindi, "Şəmkir" evdə büdrədi

Azərbaycan II Liqasında XV tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun ikinci günündə iki oyun keçirilib.

Mərkəzi oyunda liderlər "Qaradağ Lökbatan" ilə "Xankəndi" üz-üzə gəliblər. Qarşılaşmada 3 xala sevinən tərəf Qarabağ təmsilçisi olub. "Xankəndi" əzmkar qələbə qazabaraq vahid liderliyi ələ keçirib. Xatırladaq ki, tərəflərin ilk dövrədəki duelində "Qaradağ Lökbatan" 2:0 hesabı ilə qalib gəlmişdi. 

Günün, həmçinin turun son qarşılaşması "Şəmkir" ilə "Şəki Siti" arasında keçirilib. Görüşdə qapılara qpl vurulmayıb. 

Azərbaycan II Liqas XV tur 24 fevral 

“Xankəndi” – “Qaradağ Lökbatan” 2:1 Qollar: E.Quliyev, 61. F.Abbaslı, 76-öz qapısına - S.Allahquliyev, 16. 

“Şəmkir” – “Şəki Siti” 0:0 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər