II Liqa: Çempion kim olacaq - "Xankəndi", yoxsa "Qaradağ Lökbatan"?

II Liqa: Çempion kim olacaq - "Xankəndi", yoxsa "Qaradağ Lökbatan"?

Bu gün Azərbaycan II Liqasında cari mövsümə yekun vurulur.

Fanat.Az xəbər verir ki, çempionatla bağlı bütün suallara məhz 27-ci turda aydınlıq gələcək.

Çempionluq uğrunda mübariuzə aparan komandalardan "Xankəndi" səfərdə "Şəmkir"lə üz-üzə gələcək. Zaur Hacıyevin komandasını səfərdə 1 xal da "qızıl"a və I Liqaya vəsiqəyə qovuşduracaq.

Üç xal geridə qalan "Qaradağ Lökbatan" isə "Şirvan"ın qonağı olacaq. "Xankəndi"nin məğlub olacağına ümid bəsləyən lökbatanlılar səfər qələbəsi hesabına çempion ola bilər. 

Çempionatın son oyunlarından daha biri ilk "altılığ"ın digər iştirakçıları “Quba” və “Dinamo” arasında baş tutacaq. Qalib tərəf çempionatı 4-cü yerdə bitirəcək.

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "Göygöl" "Ağdaş"ı 2:0, "Ağstafa Gəncləri" "Şəki Siti"ni 3:1, "Kür-Araz" isə "Araz Saatlı"nı 3:0 hesabı ilə məğlub edib.

Azərbaycan II Liqası 27-ci tur 18 may

17:00. “Şirvan” – “Qaradağ Lökbatan” Hakimklər: Nazim Abdullayev, Ruslan Babayev, Rizvan Süleymanov, Nəriman Ağayev Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Kifayət Mustafayeva Şirvan. Olimpiya İdman Kompleksinin stadionu

17:00. “Şəmkir” – “Xankəndi” Hakimklər: Xalid Quliyev, Ağadur Mahmudov, Elvin Mədətov, Nahid Xasıyev Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Nəriman Axundov Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu

17:00. “Quba” – “Dinamo” Hakimklər: Hacıağa Həsənov, Sadiq Əliyev, Əkbər Əliyev, Rəsul Babayev. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Törə Əhmədova. Quba. Olimpiya İdman Kompleksinin stadionu.

II Liqa: Çempion kim olacaq - "Xankəndi", yoxsa "Qaradağ Lökbatan"?

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər