I Liqa: "Səbail" yenə büdrədi, "Baku Sportinq" şərikli lider oldu

I Liqa: "Səbail" yenə büdrədi, "Baku Sportinq" şərikli lider oldu

Azərbaycan I Liqasında XV tur start götürüb.

Fanat.Az xəbər verir ki, turun açılış günündə iki oyun keçirilib.

"Cəbrayıl" Şamaxıda "Baku Sportinq"lə qarşılaşıb. Paytaxt klubu Cavid Hüserynovun rəhbərlik etdiyi bölgə təmsilçisini məğlub edərək liderlə xallarını bərabərləşdirib.

MOİK isə Binədə Premyer Liqaya can atan "Səbail"i sınağa çəkib. Paytaxt komandalarının duelindən "hərbçilər" qalib ayrılıblar. Görüşün taleyini ilk yarıda vurulan 1 qol həll edib. Beləliklə, növbəti xal itkisi ilə üzləşən "dənizçilər" çempionluq mübarizəsində şansını xeyli azaldıb.

Qeyd edək ki, “Şəfa” – “Mingəçevir”, “Zaqatala” – “Difai” və “Şimal” – “Şahdağ Qusar” görüşləri sabah baş tutacaq.

Azərbaycan I Liqası XV tur 18 fevral  

“Cəbrayıl” – “Baku Sportinq” 1:2 Qollar: H.Hüseyn, 56 - İ.Allahverdiyev, 22. E.Abdullayev, 34.

MOİK – “Səbail” 1:0 Qol: B.Soltanov, 33. 

I Liqa: "Səbail" yenə büdrədi, "Baku Sportinq" şərikli lider oldu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər