Azərbaycan I Liqasında XV tur başlayır.
Fanat.Az xəbər verir ki. tur çərçivəsində bu gün iki oyun keçiriləcək.
"Cəbrayıl" Şamaxıda "Baku Sportinq"i, MOİK isə Binədə "Səbail"i sınağa çəkəcək. Hər iki görüş 14:30-da başlayacaq.
Qeyd edək ki, “Şəfa” – “Mingəçevir”, “Zaqatala” – “Difai” və “Şimal” – “Şahdağ Qusar” görüşləri sabah baş tutacaq.
Azərbaycan I Liqası XV tur 18 fevral
14:30. “Cəbrayıl” – “Baku Sportinq” Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Namiq Bəkirov. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Novruz Əzimov. Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
14:30. MOİK – “Səbail” Hakimlər: Alik Yunusov, Sənan Atayev, Asif Abdullayev, Şamil İmanzadə. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Törə Əhmədova. Binə. Qəsəbə stadionu.
