Azərbaycan I Liqasında XIX tura yekun vurulur.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 2 matç baş tutacaq.
Autsayder "Şimal" Şamaxıda "Zaqatala"nı qəbul edəcək. "Cəbrayıl" isə "Difai" ilə üz-üzə gələcək.
Turun ötən gün baş tutan görüşləri belə nəticələnib: “Baku Sportinq” – “Mingəçevir” 1:1, “Şəfa” – “Şahdağ Qusar”, “Səbail” – MOİK 2:2.
Azərbaycan I Liqası XIX tur 19 mart
15:00. “Şimal” – “Zaqatala” Hakimlər: Emin Əliyev, Rəhman Aslanov, Anar Bədəlov, Nəriman Ağayev. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Eldar Məmmədov. Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
15:00. “Difai” – “Cəbrayıl” Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Safalı Ağayev, Ruslan Quliyev. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Asif Əliyev. Ağsu. Şəhər stadionu.
