Bu gün Azərbaycan I Liqasında 21-ci tur start götürür.
Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun açılış günündə iki qarşılaşma baş tutacaq.
"Baku Sportinq" Buzovnada MOİK-i sınağa çəkəcək. Bakı komandalarının dueli saat 15:30-da başlayacaq.
Eyni vaxtda start götürəcək "Cəbrayıl" - "Zaqatala" matçı isə Şamaxıda təşkil olunacaq. Cavid Hüseynovun rəhbərlik etdiyi "Cəbrayıl" bir pillə öndə olan qonşusu ilə radakı fərqi azalrmaq və son turlar üçün motivasiya qazanmaq əzmindədir.
Turun qalan üç oyunu 9 apreldə keçiriləcək.
Azərbaycan I Liqası XXI tur 8 aprel
“Baku Sportinq” – MOİK Hakimlər: Alik Yunusov, Aydın Bəxşiyev, Məmmədəli Kərimov, Nazim Abdullayev. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Məmmədəli Məmmədov. Buzovna. Qəsəbə stadionu, 15:30
“Cəbrayıl” – “Zaqatala” Hakimlər: Şamil İmanzadə, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Niyaz Əhmədov. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Eldar Məmmədov. Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu, 15:30.
