I Liqa: Bu gün aşağı liqaya yuvarlanacaq komanda bəlli ola bilər

I Liqa: Bu gün aşağı liqaya yuvarlanacaq komanda bəlli ola bilər

Azərbaycan I Liqasında bu gün XXVI tur start götürür. 

Fanat.Az xəbər verir ki, ilk gündə bir matç baş tutacaq.

Turun açılış oyunu Şamaxıda baş tutacaq. "Şimal" ilə "Difai"nin görüşü liqada qalma şansı əldə etmək baxımından prinsipiallıq daşıyır. Sona 1 tur qalmış üz-üzə gələn autsayderlərdən "Şimal" sevinən tərəf olsa, sonuncu yerdə qərarlaşan əsas rəqibi ilə xal fərqini 5-ə çatdıracaq. Bu isə II Liqada 2-ci yeri tutacaq komanda ilə pley-off matçına vəsiqəni təmin etmək anlamına gəlir. Nəticədə "Difai" II Liqaya düşəcək. Əks halda, bu suallara son turda aydınlıq gələcək.

Saat 17:00-da start götürəcək prinsipial qarşılaşmanı Premyer Liqa hakimi Rauf Cabarov idarə edəcək.

Turun qalan oyunları sabah keçiriləcək.

Azərbaycan I Liqası XXVI tur 14 may 

17:00. “Şimal” – “Difai” Hakimlər: Rauf Cabarov, Rasim Axundov, Zakir Şükürzadə, Ruslan Quliyev. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Törə Əhmədova. Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

I Liqa: Bu gün aşağı liqaya yuvarlanacaq komanda bəlli ola bilər

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər