Bu gün Azərbaycan I Liqasında 9-cu tur start götürəcək.
Fanat.Az xəbər verir ki, birinci dövrənin son turu iki günü əhatə edəcək.
Bu gün 2 matç baş tutacaq ki, açılış oyunları bölgədə keçiriləcək. Əvvəlcə “Mingəçevir” ilə “Baku Sportinq” birincilərin meydanında üz-üzə gələcəklər. Paytaxt təmsilçisi səfərdən qalib dönə bilsə, 3-cü pillədə olan "Mingəçevir"lə xallarını bərabərləşdirəcək. Günə “Şimal” – “Zaqatala” matçı ilə yekun vurulacaq. Rüstəm Məmmədovun baş məşqçisi olduğu zaqatalalılar "Baku Sportinq"i özündən irəli buraxmamaq üçün autsayderi məğlub etməlidir.
Azərbaycan I Liqası IX tur 26 noyabr
14:00. “Mingəçevir” – “Baku Sportinq” Hakimlər: Murad Səlimov, Elmin Süleymanov, Safalı Ağayev, Kamran Əliyev. Hakim-inspektor: Vüsal Əliyev. AFFA nümayəndəsi: Mahal Məmmədov. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança).
14:30. “Şimal” – “Zaqatala” Hakimlər: Əkbər Əhmədov, Rasim Axundov, Orxan İbişov, Ruslan Quliyev Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Azər Əsgərov Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
