FIFA Series-2026: Azərbaycan millisi Syerra Leone ilə qarşılaşır

FIFA Series-2026: Azərbaycan millisi Syerra Leone ilə qarşılaşır

Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, seçməmiz “FIFA Series-2026” beynəlxalq turniri çərçivəsində keçirəcəyi ikinci oyunda Syerra Leone yığması ilə qarşılaşacaq.

Ayxan Abbasovun rəhbərlik etdiyi komanda rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda sınağa çəkəcək. Görüş 19:00-da start götürəcək. 

Bu, Azərbaycan millisinin tarixində Afrika təmsilçisinə qarşı ilk oyun olacaq. 

Millimiz turnirdəki ilk matçında Sent Lüsiya yığmasına 6:1 hesabıyla qalib gəlib. Syerra Leone isə bu turnirdə ilk görüşünü keçirəcək.

Qeyd edək ki, hazırda Azərbaycan millisi FİFA reytinqində 125-ci, Syerra Leone isə 119-cu yeri tutur.

FIFA Series-2026 30 mart

19:00. Azərbaycan – Syerra Leone Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər