FİFA-dan yeni qayda: DÇ-2026-da tətbiq olunacaq

FİFA-dan yeni qayda: DÇ-2026-da tətbiq olunacaq

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) müvafiq şurası qadın milli komandalarının məşqçi heyətinin ştatla təmin edilməsi üçün yeni proseduru təsdiqləyib.

Fanat.Az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.

Yeni tələblərə görə, hər komandanın heyətində ən azı iki qadın məşqçi olmalıdır. Bu qadınlardan biri baş məşqçi və ya köməkçi məşqçi olmalıdır.

Yeni qaydalar 2026-cı ildə Polşada keçiriləcək U-20 Qadınlararası Dünya Kubokunda qüvvəyə minəcək. Şərtlər FIFA klub yarışlarına da şamil ediləcək.

Bu təşəbbüs təşkilatın qadınların rəhbər vəzifələrdə təmsilçiliyini artırmaq strategiyasının bir hissəsidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər